12.08.2025
12.08.2025-ci il tarixində Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi, rayon mədəniyyət müəssisələrinin və İstedadları Tanıyaq və Tanıdaq İctimai Birliyinin birgə təşkilatçılığı ilə Gədəbəy rayon Heydər Əliyev Mərkəzində "Parlaq Ulduzlar" istedad müsabiqəsinin yekun mərhələsi keçirildi. Öncə Ümummilli lider Heydər Əliyevin, vətənimizin azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət Himni səsləndirilib. Müsabiqədə müxtəlif sahələr üzrə istedadlar iştirak etdi. Bir- birindən maraqlı çıxışlar oldu. Daha sonra müsabiqə qaliblərinə diplomlar və hədiyyələr təqdim olunub. Tədbir konsert proqramı ilə başa çatıb.